"Debian 12" əməliyyat sistemində root istifadəçi şifrəsinin bərpası

Emil Hüseynov


İki gün əvvəl "Debian 12" əməliyyat sistemində (ƏS) root istifadəçi kimi daxil olmaq istədim, alınmadı. Bir neçə dəfə çox istifadə etdiyim şifrə kombinasiyalarını yoxladım, lakin daxil olmaq mümkün olmadı. Deməli, şifrəni unutmuşdum. Hərçənd sistemdə admin hüququna malik istifadəçi var idi, ancaq şifrəni bərpa etmək özüm üçün maraqlı idi. İnternetdə bir qədər axtarış apardım, bir-iki məqalə oxudum. Son nəticədə şifrəni bərpa etdim. Sadə prosedurdur. Bu barədə kiçik yazı hazırladım, fikirləşdim ki, bəlkə kiməsə köməyi dəyər.

Əgər root istifadəçi şifrəni unutmusansa, ƏS-ni yenidən yükləyin (restart), yaxud söndürüb (power off) yenidən işə salın. "GRUB" menyudan birincini - "Debian GNU/Linux" seçib E klavişinə sıxın:

GRUB menyu

"GRUB edit" rejimi:

GRUB edit rejimi

"GRUB edit" rejimində "linux" sözü ilə başlayan sətri tapın. Həmin sətr "ro quiet" yazısı ilə bitir. Kursoru həmin sətrin sonuna gətirin:

Kursoru ro quiet yazısının sonuna gətirin

"ro quiet" yazısından sonra boşluq buraxıb "init=/bin/bash" yazın:

init=/bin/bash əmri

Bundan sonra CTRL + X sıxıb tək istifadəçi rejiminə daxil olun. Oxuma-yazma rejimini aktivləşdirin:

mount -no remount,rw /

passwd əmrinin köməyilə root istifadəçinin şifrəsini dəyişdirin:

root istifadəçi üçün şifrə təyin edirik

Məlumat üçün bildirim ki, şifrə təyin edərkən rəqəmlərdən başqa, hərfdən də istifadə etdim. Lakin sonra yenə də sistemdə root istifadəçi kimi daxil ola bilmədim. Ona görə yalnız rəqəmlərdən istifadə edin və Num Lock klavişini aktiv etdiyinizə əmin olun. Sonra sistemdə root istifadəçi şifrəsini dəyişdirmək mümkündür.

Nəhayət, CTRL + ALT + DEL klavişlər kombinasiyasının köməyilə ƏS-ni yenidən yükləyirik.

Şərh yazmaq üçün hesabınıza daxil olun.

0
0