Biz informasiyanın məxfiliyinin vacibliyini anlayır, sizin məxfilik hüququnuza hörmət edir və onu qorumağa çalışırıq.
Ümumi müddəalar
- ekurs.dev saytından istifadə etməklə siz bu Məxfilik Siyasətinin şərtləri ilə tanış olduğunuzu və şərtlərimizi qəbul etdiyinizi təsdiq edirsiniz;
- İstifadəçi veb saytın məxfilik siyasətinin şərtləri ilə razılaşmadıqda o, saytdan istifadədən imtina etməlidir;
- Bu məxfilik siyasəti yalnız ekurs.dev saytına şamil edilir. Saytın administrasiyası linklər üzərindən keçid etdiyiniz digər saytlara görə məsuliyyət daşımır;
- İstifadəçi məxfilik siyasəti üzrə istənilən şərtin dəqiqləşdirilməsi üçün əlaqə bölməsi üzərindən bizə yaza bilər.
ekurs.dev veb saytından istifadə vaxtı toplanılan məlumatlar
Sözügedən veb saytda qeydiyyatdan keçib öz hesabınıza daxil olduqda sizin haqda aşağıdakı məlumatlar məlumat bazasında qeydə alınır:
- Ad və soyad
- E-poçt ünvanı
- IP ünvan
- Brauzerin adı
- Hesaba daxilolma vaxtı
Saytda qeydiyyatdan keçən hər bir istifadəçi üçün https://ekurs.dev/users/istifadəçinin identikfatoru ünvanında profil əlçatandır. Həmin profili digər istifadəçilər üçün cəlbedici etmək üçün öz profilinizdə cins, yaşadığınız ölkə, doğum tarixi, veb sayt, özünüz haqda məlumatları, həmçinin sosial şəbəkə linklərinizi qeyd etmək imkanı əlçatandır.
Bundan başqa, CV hazırlayarkən mobil nömrə, yaşadığınız şəhər haqda məlumatlar tələb olunur.
Sizin şəxsi məlumatlarınızdan necə istifadə olunur
Saytın administrasiyası qanunla müəyyən olunmuş hallar istisna olmaqla, istifadəçinin şəxsi məlumatlarını üçüncü şəxslərə açıqlamayacağına və ya ötürməyəcəyinə tam zəmanət verir.
E-poçt ünvanı üzərindən ekurs.dev saytındakı yeniliklər, həmçinin bildirişlər barədə sizə məlumat göndərilə bilər. Bundan başqa, hesaba daxil olmaq üçün şifrəni unutduqda e-poçt vasitəsilə onu bərpa edə bilərsiniz. CV istisna olmaqla, e-poçt ünvanı digər istifadəçilər üçün əlçatan deyil.
IP ünvan, brauzerin adı və hesaba daxilolma vaxtı yalnız sizin təhlükəsizliyinizin təmini üçün məlumat bazasında qeydə alınır və öz şəxsi profilinizdə göstərilir.
Kukilər
Kukilər ekurs.dev veb saytı tərəfindən kompüterinizə quraşdırılan kiçik mətn fayllarıdır. Biz kukinin köməyilə yalnız saytdakı veb səhifələrə baxış sayını qeydə almaq üçün istifadə edirik.
İnformasiya təhlükəsizliyinin təmini
Saytın administrasiyası istifadəçinin şəxsi məlumatlarını qorumaq üçün bütün lazımi təhlükəsizlik tədbirlərini görməyə və şəxsi məlumatların açıqlanmasına səbəb ola biləcək hərəkətlərə yol verməməyi öhdəsinə götürür.
Məxfilik siyasətinə dəyişikliklər
Biz bu məxfilik siyasətini istənilən vaxt yeniləmək və ya dəyişdirmək hüququnu özümüzdə saxlayırıq. Məlumatlarınızı necə qoruduğumuz barədə məlumatlı olmaq üçün sizə "məxfilik siyasəti" səhifəsini vaxtaşırı nəzərdən keçirməyi tövsiyə edirik.