Hər kəsi salamlayıram. Mən, Emil Hüseynov "ekurs.dev" layihəsinin qurucusuyam.
Veb-saytda bloq yazıları, veb-proqramlaşdırmaya aid dərslər dərc ediləcək. Bloq yazıları və dərslər ödənişsizdir. Həmçinin öyrəndiyiniz dərslərin təkmilləşdirilməsi üçün çalışmalar nəzərdə tutulub.
Hər bir istifadəçi işəgötürənlərin diqqətini cəlb etmək üçün CV tərtib edə bilər.
Əgər veb-saytdakı dərsləri, bloq yazılarını bəyənirsinizsə, faydalı resurs olduğunu hesab edirsinizsə, saytın işinə dəstək məqsədilə aşağıdakı linkə keçib bizə maddi yardım göstərə bilərsiniz:
Digər formada bizə dəstək göstərmək istəyirsinizsə, zəhmət olmasa, əlaqə forması vasitəsilə bizə yazın.
Dəstəyinizə görə çox sağ olun!