PHP proqramlaşdırma dilinin əsaslarını öyrədən bu kurs yeni başlayanlar üçün nəzərdə tutulub.
Kursda müasir alətlər və yanaşmalar nəzərdən keçirilir, lokal veb server quraşdıracaq, IDE-də (Integrated Development Environment - İnteqrasiya olunmuş işlənmə mühiti) işləməyi öyrənəcək və PHP-də skriptlər yazacağıq. PHP-nin təməl prinsiplərini mənimsəməyə imkan verəcək bu kurs sizə proqramlaşdırma dünyasında daha maraqlı və mürəkkəb mövzuları öyrənməyə yardımçı olacaq.