Proqramlaşdırma - bu, verilənlər üzərində aparılan əməliyyatlardır. Bəs verilənlər nədir? Verilənlər proqramda saxlanılan informasiyadır. Məsələn, istifadəçinin adı, yaşı, e-poçt ünvanı, cinsi və sairə. Bu məlumatları proqramda saxlamaq üçün dəyişənlərdən istifadə olunur.
Dəyişənə qiymət mənimsədilməsi
İxtiyari qiyməti (ədəd, sətir və sairə tip) dəyişəndə saxlamaq üçün mənimsətmə operatorundan istifadə edilir. Məsələn, $number
dəyişənində 5 ədədini yadda saxlayaq:
<?php
error_reporting(E_ALL);
$number = 5;
?>
$number
adlı dəyişənə 5 qiymətinin mənimsədilməsi vaxtı PHP interpretatoru kompüterin əməli yaddaşında boş oyuq axtarıb tapır və qiyməti ora yazır. Həmçinin $number
dəyişəni yaddaş oyuğundakı qiymətin ünvanına bağlanır. Kompüterin yaddaş oyuğunda saxlanılan həmin qiyməti ekranda çap etmək üçün sözügedən dəyişənin adına müraciət etmək kifayətdir:
<?php
error_reporting(E_ALL);
$number = 5;
printf("%d", $number);
?>
Nəticə:
5
Dəyişənin qiymətinin dəyişdirilməsi
Dəyişən terminin adından da məlum olduğu kimi proqramın istənilən hissəsində onun qiyməti dəyişə bilər:
<?php
$name = "Zaur";
$name = "Emil";
$price = 13.99;
?>
<!DOCTYPE html>
<html lang="az">
<head>
<title>Dəyişənin qiymətinin dəyişdirilməsi</title>
</head>
<body>
<h1>Kitab mağazası</h1>
<h2>Xoş gəlmişsiniz, <?php printf("%s", $name); ?></h2>
<p>Daxma kitabının qiyməti <?php printf("%.2f", $price); ?></p>
</body>
</html>
$name
dəyişəninə əvvəlcə Zaur sətir qiyməti mənimsədilib. Sonra onun qiyməti dəyişdirilib: Emil mənimsədilib və ekrana Emil çıxarılıb:
Dəyişənin qiyməti proqramda müvəqqəti saxlanılır. Skript öz işini bitirən kimi dəyişənlər yaddaşdan silinir.
Dəyişənin adlandırılması qaydaları
- Dəyişənin adı ən azı iki simvoldan ibarət olmalıdır. Birinci simvol mütləq $ (dollar) işarəsi ilə başlamalıdır.
- $ işarəsindən sonra ya hərf, ya da alt cizgi (
_
) simvolu istifadə edilə bilər. Bundan sonra isətnilən sayda hərf, rəqəm və alt cizgi simvolu gələ bilər. - Dəyişənin adında defis, nöqtə və boşluq simvollarından istifadə edilə bilməz.
- Dəyişənin adı böyük və kiçik hərflərdən istifadəyə qarşı həssasdır. Ona görə
$user
və$User
– iki müxtəlif dəyişənlərdir.
Dəyişənin adlandırılması üzrə tövsiyə xarakterli qaydalar
Əgər dəyişənin adı qaydalara uyğundursa, PHP interpretatoru üçün onun necə adlandırılmasının heç bir fərqi yoxdur. Dəyişənin adı proqramçılar üçün vacibdir. Onların böyük əksəriyyəti dəyişənlərin adlandırılması ilə bağlı aşağıdakı tövsiyə xarakterli qaydalara riayət edirlər:
- Dəyişənin adında ingilis əlifbasının hərflərindən istifadə edilməsi daha məqsədəuyğundur.
- Dəyişənin adı onda saxlanılan qiymətin mahiyyətini izah etməli, yəni "danışan" olmalıdır. Məsələn, istifadəçinin adını saxlayan
$myVariable
dəyişəni ilə müqayisədə$userName
dəyişəni daha aydın başa düşüləndir. - Dəyişənin adı bir neçə sözdən ibarət olduqda, adətən "CamelCase" (Dəvə registri) üslubundan istifadə edilir. Bu üslub bir neçə sözdən ibarət olan dəyişən adında birincidən başqa, digər sözlərdə birinci simvolun böyük hərflə yazılmasını nəzərdə tutur. Məsələn,
$userName
,$dayOfWeek
,shoppingCart
.