Open Server Panel proqramının quraşdırılması

Emil Hüseynov

Aşağıda PHP dilində yazılmış sadə skript nümunəsi göstərilib:

<?php
	$num = 7;
	printf("My favorite number is %d", $num);
?>

Yuxarıdakı kodu first.php faylına əlavə edib onu brauzerdə açdıqda:

Brauzer PHP skriptini birbaşa icra edə bilmir

Göründüyü kimi brauzer first.php faylında yazılmış PHP kodunun nəticəsini deyil, həmin faylın tərkibini göstərdi. Brauzer PHP skriptini birbaşa icra edə bilmir, çünki o, php interpretatoru tərəfindən icra olunan kodun nəticəsini göstərir. PHP kodunun nəticəsi, məsələn, HTML, JSON formatlarında ola bilər. 

PHP skriptini icra etmək üçün kompüterdə aşağıdakı proqramları quraşdırmaq lazımdır:

  • "Apache" və "Nginx" veb serverlərindən birini
  • PHP interpretatorunu

Yuxarıdakı proqramları özündə birləşdirən hazır həllər də mövcuddur. "Windows" sistemi üçün ən yaxşı həllərdən biri "Open Server Panel" adlanır.

"Open Server Panel" proqramını burdan yükləyin. Fayl yükləndikdən sonra onu işə salın. Əgər aşağıdakı pəncərə açılsa, onda Подробнее linkinə sıxıb Выполнить в любом случае seçin. Narahat olmayın, "Open Server Panel" proqramı virus deyil.

Open Server Panel proqramı virus deyil

Bundan sonra ardıcıl olaraq aşağıdakı əməliyyatları yerinə yetirin:

  1. Вас приветствует Мастер установки Open Server Panel pəncərəsində Далее düyməsinə sıxın.
  2. Лицензионное соглашение pəncərəsində Я принимаю условия соглашения seçib Далее düyməsinə sıxın.
  3. Выберите режим установки pəncərəsində Обычная установка seçib Далее düyməsinə sıxın.
  4. Информация pəncərəsində proqramdan istifadə ilə bağlı tövsiyələri oxuduqdan sonra Далее düyməsinə sıxın.
  5. Выбор папки установки pəncərəsində proqramın hansı qovluğa quraşdırılacağına dair seçim etmək lazımdır. D:\OSPanel qovluğuna quraşdırın. Далее düyməsinə sıxın.
  6. Выбор компонентов pəncərəsində Компактная установка seçin. Həmçinin PHP 8.1 versiyasını aktiv edin. Далее düyməsinə sıxın.
  7. Выберите папку в меню Пуск pəncərəsində heç nəyi dəyişmədən Далее düyməsinə sıxın.
  8. Выберите дополнительные задачи pəncərəsində heç bir dəyişiklik etmədən Далее düyməsinə sıxın.
  9. Установить düyməsinə sıxın.
  10. Sertifikatla bağlı pəncərədə Да düyməsinə sıxın.
  11. Завершить düyməsinə sıxın.
  12. Bir neçə saniyədən sonra açılan yeni pəncərədə Я принимаю условия соглашения seçib Далее düyməsinə sıxın.
  13. Подготовка системы к работе с Open Server Panel pəncərəsində heç nəyi dəyişmədən Далее düyməsinə sıxın.
PHP 8.1 versiyasını aktiv etməyi unutmayın
PHP 8.1 versiyasını aktiv etməyi unutmayın

"Open Server Panel" proqramının düzgün işləməsi üçün bəzi paketlərin quraşdırılmasına ehtiyac var. Bu proses 5-15 dəqiqə müddətində bitir. Sonda proqramı sazlamaq üçün kompüterin yenidən yüklənməsi tələb olunur.

İşçi masada Open Server Panel yarlıkını işə salın. Bundan sonra artıq tapşırıqlar panelində (ing. taskbar) əlçatan olan Open Server Panel nişanı üzərində mausun sağ düyməsini sıxın. Aşağıdakı panel açılacaq:

Open Server Panel proqramının idarəetmə paneli

Bu, idarəetmə panelidir. PHP 8.2 versiyasını aktiv etmək üçün aşağıdakı əməliyyatları yerinə yetirin:

Open Server Panel nişanı -> Модули -> PHP -> PHP-8.2 -> Включить

PHP 8.2 versiyasının aktivləşdirilməsi

Bundan sonra D:/OSPanel/home/ qovluğunda mysite qovluğu yaradın:

mysite qovluğu

Sonra mysite qovluğunun içərisində .osp adlı qovluq və sonuncunun içərisində project.ini faylını yaradın:

mysite qovluğunun strukturu

project.ini faylında saytın sadə konfiqurasiyasını təyin edin: domen adını, php interpretatorunun versiyasını göstərin:

[mysite]

php_engine  = PHP-8.2

Open Server Panel proqramını yenidən işə salın. Bundan sonra D:/OSPanel/home/mysite/ qovluğunda first.php faylı yaradın və ona dərsin əvvəlindəki kodu əlavə edin:

<?php
	$num = 7;
	printf("My favorite number is %d", $num);
?>

Brauzerdə https://mysite/first.php URL ünvanına keçid edin. Nəticə:

My favorite number is 7

Həmçinin bu videoda "Open Server Panel" proqramının yüklənməsini izləyə bilərsiniz.

Şərh yazmaq üçün hesabınıza daxil olun.

0
0